Müharibənin bədəli - ABŞ veteranları fotolarda
Hərbçi ata ilə oğulların emosional qovuşması. Atanın və fotoqrafın kimliyi naməlum qalır. Foto: IMGUR.
“Traci Wise: Ötən gün oğlumu papası ilə vaxt keçirən anda gördüm (SFC Benjamin Wise). Biz onu Əfqanıstanda 15 yanvarda itirdik… bu uşaqların itkidən nələr keçirdiklərini unutmaq olmaz. Foto: No Greater Love/Pinterest
Labrador cinsli Hawkeye dəfn mərasimi zamanı yiyəsi Jon Tumilsonun tabutu qarşısında uzanıb. Tumilson avqustun 6-da Əfqanıstanda helikopter vurularkən həlak olan 38 hərbçi sırasında idi. Foto: Lisa Pembleton/GETTY
Birinci Dəniz Piyadaları Diviziyasında xidmət edən ABŞ Donanma hospital korpusmeni Richard Barnett mərkəzi İraqda uşağı qucağında tutub. (29 mart, 2003). Döyüş zamanı uşaq ailəsindən ayrı düşmüşdü. Foto: Damir Sagolj via Business Insider.
ABŞ hərbi zabiti Brian Pacholski eyni şəhərdə (Toledo, Ohio) boya başa çatdığı dostu və həmkarı David Borelli sakitləşdirir. Foto Bağdaddan 50 kilometr şimalda Bələd şəhərindəki hərbi bazanın girəcəyində çəkilib (13 iyun, 2003). Borell üç iraqlı uşağın partlayıcı quğudan yaralandığını gördükdən sonra tab gətirmədi. Foto: Toledoblade.com
Gizir Joseph Patrick Dwyer-in bu fotosu 2003-cü il, martın 25-i çəkilib. Bağdaddan cənubda yerləşən Mişkab şəhərində həbrbçi oğlan uşağını təhlükəsiz yerə qaçırır. Dwyer 2008-ci ilin iyulunda dərman dozasının çoxluğundan dünyasını dəyişib. Foto: ARMY TIMES/ WARREN ZINN via CBS News.
Serjant Travis Millis-in 1 yaşlı qızı Chloe Mills atasına toxunur. Şəkil Miçiqanın Vassar qəsəbəsində, veteranın uşaqlıq evində çəkilib. 4 oktyabr, 2012. Əsgər əllərini və ayaqlarını Əfqanıstan müharibəsində itirib. Foto: Carlos Osorio via NBC News.
Terri Gurrola 3 yaşlı qızı Gabrielle Gurrolanı Hartsfield-Jackson Beybnəlxalq Aeroportunda qarşılayır. Foto İraqda yeddi ay xidmət etmiş Gurrola ABŞ-a qayıdarkən çəkilib. Foto: Louie Favorite / AJC.
ABŞ əsgəri ilk dəfə körpə qızı ilə görüşür. Sosial şəbəkələrdə geniş yayılmasına baxmayaraq, əsgərin kimliyi naməlum qalır. Foto: IMGUR.
Əfqanıstanda yaralanmış Serjant Rob Richards. Müharibədə üç dönəm xidmət etdikdən sonra yaralanan dəniz piyadası 2014-cü ilin avqustunda dünyasını dəyişir. Foto: Richards ailəsi via Sharylattkisson.com
Yoldaşı döyüşdə həlak olmuş əsgərə təsəlli verilir. Arxa planda çavuş metodik şəkildə ölənlərin siyahısını tutur. Haktong-ni zonası, Koreya. 28 avqust, 1950. Sfc. Al Chang. Foto kredit: Wikimedia/Army.
Naməlum Əsgər Məzarında patrul. Vaşinqtonda qarlı gündə hökumət idarələri bağlansa da patrul öz postunda qalır. Foto: IMGUR.