Ehsan Salmasi Ruhaniyə məktub haqda danışır
Your browser doesn’t support HTML5
“Son yüz ildə türk dili İranda bir çox aşağılanmalar və yıxımlarla qarşılaşmışdır. Bu dilin üzərindəki yasaqlar hələ də qaldırılmayıb. İndi biz ən azı türkcəyə qarşı bu baxışın dəyişilməsini istəyirik”. Bu, hazırda Urmiyə Universitetində təhsil alan dil haqları müdafiəçisinin sözləridir. Ehsan Salmasi Amerikanın Səsi ilə söhbətdə son vaxtlarda İran Azərbaycanı şəhərlərinin universitetlərində təhsil alan 1811 tələbə tərəfindən İran prezidenti Həsən Ruhaniyə ünvanlanan məktub, eləcə də məktubda dil haqları ilə bağlı irəli sürülən tələbləri dəyərləndirib.