Nazim Cəfərsoy: İran-Rusiya əməkdaşlığı güneylilərə təhlükədir
Your browser doesn’t support HTML5
Nazim Cəfərsoyun sözlərinə görə, Rusiya-İran arasında separatizmə qarşı mübarizə üzrə təhlükəsizlik əməkdaşlığın genişlənməsi Güney Azərbaycan Milli Hərəkatı üçün qısa və uzun müddətdə ciddi təhlükələr təşkil edə bilər. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) əməkdaşı Amerikanın Səsi ilə söhbətdə son vaxtlarda İran və Rusiya arasında təhlükəsizlik əməkdaşlıqlarının genişlənməsi, xüsusilə iki ölkənin separatizmə qarşı mübarizədə birgə həyata keçirə biləcəkləri layihələr haqda danışıb.