Son bir neçə ay ərzində yanacaq qiymətləri azaldığına görə, enerji istehsalının ən çox olduğu Texas daxil olmaqla, Amerika Birləşmiş Ştatlarının bəzi yerlərində qazma əməliyyatları yavaşlayır.
Son illərdə Texasın mərkəzi cənubunda yerləşən Eagle Ford şist yatağındakı ehtiyatların kəşf olunması nəticəsində Texasın enerji istehsalı artıb. Yanacaq qiymətlərinin azalması narahatlıq yaratsa da, regionun inkişafına çox cüzi təsiri olub.
Başqa hamı üçün aşağı benzin qiymətləri çox yaxşıdır. Məsələn, mənim atam buna görə sevinir. Amma bizim üçün bu işsizlik və pulsuzluq deməkdir
Cənubi Texasın bir zamanlar sakit ərazisində indi qələbəlikdir.
Eagle Ford şist yatağının qazılması nəticəsində Kennedi kimi şəhərlər sürətlə inkişaf edir. Burada yeni barlar, restoranlar və alış-veriş mərkəzləri açılır.
19-cu əsrdə polşalı mühacirlər tərəfindən salınan Panna Maria-da Mark Mika şirkətlərin ona ərazisini qazması üçün ödədikləri pulla özünə yeni ev tikib.
“Bu həm mənim üçün, həm bir çox başqa insan üçün müsbət haldır. Bu qraflıqda artıq çoxlu milyoner var.”
Lakin azalan yanacaq qiyməti yeni layihələrin inkişafında yavaşılamaya səbəb olub.
Helen Hernandez Karnes qraflığında layihələrin icazəsinin verilməsinə məsul şəxsdir.
“Hər il onlar il ərzində neçə neft buruqları inşa edəcəklərini proqnozlaşdırırlar. Bu il isə onlar buruqların sayını ikiqat azaldıblar.”
Bu neft yatağı işçisi Trevis Ceksonu narahat edir.
“Başqa hamı üçün aşağı benzin qiymətləri çox yaxşıdır. Məsələn, mənim atam buna görə sevinir. Amma bizim üçün bu işsizlik və pulsuzluq deməkdir.”
Bəzi şirkələr artıq işçiləri itirməyə başlayıblar. Xərcləri az olan şirkətlər isə işlərini davam etdirirlər.
Yük maşını sürücüsü Ronald Tomas işlədiyi yerdə yavaşılamaya rast gəlmədiyini bildirir.
İlk dəfədir ki, bu region yanacaq qiymətlərinin dəyişikliyinin təsirlərini yaşayır
“Mən şükr edirəm ki, mənim hələ də bir işim var və biz intensiv şəkildə işləyirik.”
Ömər Qarsia Eagle Ford şist yatağında fəaliyyət göstərən şirkətləri təmsil edən Cənubi Texas Enerji və İqtisadi Dəyərli Masanın baş icraçı direktorudur.
“Bu şirkətlər milyard-dollarlıq sərmayədən ayrılmayacaqlar. Onlar yeni neft yataqları kəşf etməyə davam edəcəklər. Cənubi Texasda hər zaman iş olacaq. Amma hansı səviyyədə? Bunların hamısı yanacağın qiymətindən asılıdır.
Qarsia bildirir ki, Eagle Ford regionundakı inkişaf o qədər yenidir ki, burada insanlar heç vaxt yanacağın qiymətinin azalmasının böyük təsirini hiss etməyiblər.
“İlk dəfədir ki, bu region yanacaq qiymətlərinin dəyişikliyinin təsirlərini yaşayır. Ölkənin və Texasın digər hissələrində isə bu hal yaşanıb.”
O bildirir ki, bu region 20 il inkişaf etməyib. Ötən il şistin sürətli inkişaf etməsindən sonra iqtisadiyyata 87 milyard dollar gəlir gətirib və 150 min yeni iş yeri yaradıb.
Neft şirkətləri rəsmiləri xam neft qiymətlərinin yayda tənzimlənəcəyini gözləyirlər. İş yeri sahibləri və qraflıq rəsmiləri isə bu gözləntilərin doğru olmasına ümid edirlər.
Burada insalar neft qiymətlərinin gələn aylar ərzində yüksələcəyinə və sürətli inkişafın davam edəcəyinə inanırlar.