Azalan benzin qiymətləri neft şirkətlərinə ziyan vurur, hava yolları və avtomobil satışlarına isə kömək edir. Lakin bu hal qlobal iqtisadi artımı bərpa edə bilmir.
Neft qiymətləri artdığı dövrdə bəzi hava yolları müflis olmuşdu.
Hava nəqliyyatı şirkətlərinin xərclərinin ən böyük hissəsini, yəni 3-də birini benzin xərcləri təşkil etdiyi üçün yanacaq qiymətləri çox vacibdir.
İşlərinə davam edə bilmək üçün hava nəqliyyatı şirkətləri işçilərinin sayını və digər xərclərini azaltdılar. Hava yolları sənayesi üzrə ekspertin sözlərinə görə, hava yolları hər il daşıdıqları bir neçə milyard sərnişinin hər birindən 7 dollar qazanır.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sözçüsü Perri Flint bildirir ki,aşağı neft qiymətləri şirkətlərin gəlirinə müsbət təsir edir.
“Müşahidələrimiz hələ ki müsbətdir və biz 2015-ci ildə 25 milyard dollar dəyərində gəlir gözləyirik. Bu rəqəm ötən il 19.9 milyard təşkil edən gəlirdən daha yüksəkdir.”
Benzinin qiyməti aşağı olduğu üçün istehlakçıların başqa şeylərə xərcləməyə daha çox pulu qalır. Milli Avtomobil Satıcıları Assosiasiyası bildirir ki, bu hal ABŞ istehlakçılarının niyə 2014-cü ildən son 8 ilə nisbətən daha çox maşın aldıqlarını izah edir.
Maşın satışları üzrə ekspert deyir ki, aşağı benzin qiymətləri ABŞ sürücülərinə onların sevdiyi daha böyük maşın və balaca yük maşınları sürmək imkanı yaradır.
Azalan neft qiymətlrinin verdiyi təkana və ABŞ-ın yüksək artımına baxmayaraq, qlobal iqtisadiyyatın bərpası hələ də çətinliklərlə üzləşir.
Cek Fitzcerald bunu daha yaxşı bilir, çünki o, 1950-ci illərdən bəri maşın satır, ötən il isə onun 1400 işçisi 24 min maşın satıb.
“Bu maşınlar çox populyardır, amma böyük olduqları üçün onlar daha çox yancaq aparırlar. Ancaq yanacağın qiyməti aşağı olan zaman bu maşınlar daha da populyarlaşır.”
İqtisadi ekspertlər bildirir ki, aşağı benzin qiymətləri qlobal iqtisadiyata təkan verir, çünki daha öncə yanacağa istifadə olunan pul artıq başqa şeylərə istifadə olunur. Lakin yüksək borc və işsizilk səviyyəsi kimi maliyyə böhranının təsirləri iqitsadi artımı çətinləşdirir.
Beynəlxaq Valyuta Fondunun baş direktoru Kristin Laqard ucuz neft qiymətlərinin qlobal iqtisadiyyatın dirçəlməsi üçün yetərli olmadığını deyir.
“Azalan neft qiymətlərinin verdiyi təkana və ABŞ-ın yüksək artımına baxmayaraq, qlobal iqtisadiyyatın bərpası hələ də çətinliklərlə üzləşir.”
Aşağı benzin qiymətlər neft şirkətləri üçün problemdir. Xəbərlərə əsasən neft şirkətləri miyardlarla dollar dəyərində gələcək layihələri təxirə salırlar. Sənaye ekspertləri bildirir ki, aşağı neft qiyməltəri daha çox mahiyyəti yüksək olan layihələrə çətinlik törədir, hansılarda ki, istehsal xərcləri hazırkı neft qiymətlərindən daha yüksək olur.