Maşallah Rəzmi Ayətullah Şəriətmədari ilə Xomeyni arasındakı təzadlardan danışır

Your browser doesn’t support HTML5

“Ayətullah Şəriətmədari özü Azərbaycan üçün muxtariyyət tələbini dilə gətirib. O, Le Monde qəzeti ilə müsahibədə İran üçün federalizmdən bəhs etmişdi,” deyə veteran siyasi fəal Maşallah Rəzmi Amerikanın Səsi ilə söhbətdə məlumatlandırır. “Azərbaycan və Şəriətmədari tərəfdarlarının hərəkatı” kitabının müəllifi və 1979 Təbriz qiyamını yaxından izləyən siyasi fəal bu müsahibədə 1979 İran İslam İnqilabından sonra güneydə aparıcı siyasi qüvvə olan Müsəlman Xalq Respublikası Partiyasının mahiyyəti və onun Azərbaycan vilayətlərindəki nüfuzu, eləcə də həmin dövrdə baş verən Təbriz üsyanının səbəbləri və hədəflərini açıqlayıb.