İnsan ömrünü uzadan dərman?

Təxminən 500 il əvvəl Ponçe de Leon adlı ispan səyahətçisi Gənclik Eleksiri sorağında indiki Floridaya yola istiqamət almışdı. Bu yaxınlarda alimlər dünyada ən geniş istifadə olunan dərmanın belə bir funksiyaya malik olduöuna dair maraqlı əlamətlər aşkar ediblər.

Ibuprofen (Aybobrufen) adlı dərman 1960-ci illərdə ixtira edilib. İnsanlar bu preparatdan ağrıkəsici kimi, soyuqdəymə və qızdırmanın qarşısını almaq üçün hər gün istifadə edir.

Araşdırmanın nəticələri göstərib ki, Ibuprofen üzərində tədqiqat aparılan orqanizmlərin həyatını 10-dan 15 faizə qədər uzadıb.

Texasın A&M Universitetindən kimyaçı-bioloq Maykl Polimenis iş yoldaşları ilə birlikdə göbələk, parazitlər və meyvə qurdları kimi sadə orqanizmlər üzərində tədqiqat aparıb. Araşdırmanın nəticələri göstərib ki, Ibuprofen üzərində tədqiqat aparılan orqanizmlərin həyatını 10-dan 15 faizə qədər uzadıb.

“Hazırda bu o qədər də uzun ömür kimi görsənmir, lakin bu, 8 il əlavə sağlam həyat deməkdir. Demək bu, əhəmiyyətlidir,” deyə Polimenis bildirir.

Alim ibuprofenin təkcə uzun ömür deyil, həm də sağlam ömür vəd etdiyini deyir. “Soxulcanlara gəldikdə, dərman verdiyimiz həşəratların sağlam olduğunu bilirik. Onlar daha sürətlə hərəkət edirdi. Biz heç bir yan təsir görmədik. Beləliklə, onların ömrü sağlam keçəcək.”

Ibuprofen ağrını və qızdırmanı azaltmaq üçün ABŞ-da geniş istifadə olunur.

Polimenisin dediyinə görə, müsbət tapıntılar o demək deyil ki, ibuprofeni gündəlik qəbul etmək lazımdır. O, ibuprofenin mexanizmi və təsirlərinin öyrənilməsi üçün uzun illərin tələb olunduğunu deyir. Əlbəttə o da var ki, dərman bəzi heyvan orqanızmlərində verdiyi yaxşı göstəricilər mümkündür ki, insanlara şamil olmasın.

“Bunun insan orqanizminə necə təsir edəcəyini bilmirik. Mən yalnız öz payıma danışıram - düşünürəm ki, bu o qədər də yaxşı fikir deyil,” deyə Polimenis bildirir.

Texasın A&M Universitetindən Maylk Polimenis və Buck Uzunömürlülüyü Araşdırma İnstitutunu təmsil edən Brian Kennedidən əlavə, araşdırmada başqa ABŞ və Rusiya alimləri iştirak ediblər. Tədqiqatın nəticələri haqda məqalə PLOS Genetics jurnalında dərc olunub.