Britaniyanın onlarla ulduzu Ebola ilə mübarizəyə maliyyə yardımı toplamaq üçün “Onlar bunun Milad olduğunu bilirlərmi?” mahnısının yeni versiyasını hazırlayıb. Lakin bu mahnı “Ebola” mahnısını hazırlayan Afrikanın yerli müğənniləri tərəfindən o qədər də yaxşı qarşılanmayıb.
Britaniyalı musiqiçi Bob Qeldof 30 il əvvəl onlarla ulduzla birlikdə hazırladığı “Onlar bunun Milad olduğunu bilirlərmi?” mahnısı ilə Efiopiyadakı aclıq qurbanları üçün 11 milyon dollar toplamışdı.
Hazırda o, bunu bir də etdi. Bu dəfə o, Ebola xəstəliyi ilə mübarizə məqsədilə “Band Aid - 30” qrupu adı altında bəzi keçmiş məşhurlar da daxil edilməklə, bu mahnının yeni versiyasını hazırladı. Qeldof deyir ki, beynəlxalq ictimaiyyət Ebola xəstəliyi ilə mübarizə üçün kifayət qədər iş görə bilməyib. “Buna 20 qat artıq lazımdır. Bu mahnı ilə biz xəsətliyin qarşısını almağa çalışmışıq. Biz buna təkan vermək üçün “Band Aid - 30”u Almaniyaya, Fransaya apardıq.”
Mahnı Britanıyada hit mahnılardan birinə çevrildi. Musiqi jurnalının (NME.com http://NME.com) baş redaktoru Qreq Koçranın dediyinə görə, milyonlarla insan 30 ilin mahnısa bir də qulaq asa bilər. “Biz bu mahnını büsbütün dəyişdik. “Band Aid - 30”un hazırladığı bu mahnını bir neçə formatda dinləmək olar.”
Lakin “Band Aid - 30”un bu yeni verisyası Afrikada yaxşı qarşılanmadı. Efiopiyalı musiqi müəllimi Əzra Sbabati “Onlar Milad Olduöunu Bilirlərmi” mahnısını təhqiramiz hesab edir. “Efiopiyalılar xristianlığı birinci əsrdə qəbul edib və biz Miladın nə demək olduğunu bilirik. Afrikanı bir ölkə kimi qələmə vermək ədəbsizlikdir. Afrika ölkə deyil, qitədir.”
Salif Keita və Moru Kante də daxil olmaqla, Afrikanın bir neçə ulduzu “3D Ailəsi” qrupu adı ilə “Akrika Ebolanı Dayandır!” adlı mahnısını yazdırıb və toplanan bütün gəlir Sərhədsiz Həkimlər Təşkilatına göndərilir.
Yerli fransız dilindəki mahnıda insanlara həkimə müraciət etmək və xəstəlikdən ölənləri cəsədlərinə əl vurmamaq tövsiyə edilir. İfaçıların arasında seneqallı repper Didiyer Avadi də var ki. o da “Band Aid-30”u tənqid edir. “Bizin hər zaman Afrikada problemlərimiz olur. Bob Qeldof, afrikalılara yardım etmək istəyən məklək.”
Səhiyyə ekspertləri deyir ki, insanlar Ebolanın qarşısını almaq üçün məlumatlandırılmadıqları üçün Qərbi Afrikada bu xəstəlik sürətlə yayıldı. “Afrika Ebolanı Dayandır!” mahnısının ifaçılarından biri də qvineyalı müğınnı Mari Kantdır. O, musiqinin buna yardım edəcəyini deyir. “Mənim fikrimcə incəsənət və musiqi kəndlilərə belə bir xəstəlilə mübarizə yollarını çatdırmağın ən asan yoludur.”
Beləliklə, həm musiqidən toplanan yardım, həm də xəstəlik barədə məlumat bu bəlanın qarşısının alınacağına ümid yaradıb.