Milli Məclis 2015-ci il dövlət büdcəsini təsdiq edib

Milli Məclis

Büdcənin gəlirləri 19,438 milyard., xərcləri 21,1 milyrad manat proqnozlaşdırlır

Noyabrın 28-də Milli Məclis 2015-ci ilin dövlət büdcəsini qəbul edib.

2015-ci ildə büdcəsinin gəlirləri 19,438 mlrd. manat roqnozlaşdırılır ki, bu da cari ildə olduğundan 5,7% çoxdur. Neft Fondundan büdcəyə transfertlər 10 mlrd. 388 mln.manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri 21,1 mlrd. manat və ya 2014-cü ildə olduğundan 5,1% çoxdur. Büdcə kəsiri ÜDM-in 2,8%-ni təşkil edəcək.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, büdcə “sosial istiqamətini” saxlayacaq. Bu xərclərin xüsusi çəkisi27,6% təşkil edəcək.

Xərclər aşağıdakı qaydada artacaq: ümumdövlət xərcləri 2 mlrd. 46,5 mln. manat, müdafiə 1 mlrd. 778,5 mln. manat, təhsil 1 mlrd. 711,2 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 40,5 mln. manat, səhiyyə 777,7 mln. manat.

Bununla yanaşı dövlət büdcəsi investisiya istiqamətini də saxlayacaq. Ümumilikdə büdcənin kapital xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 44,4%-ni təşkil edəcək.

Dövlət büdcəsinin layihəsi neftin bir barelə görə 90 dollar hesabı ilə hazırlanıb.

İqtisadçı Rövşən Ağayev REAL-ın yeni layihəsi "Canlı status" verişinə bildirib ki, 2015-ci il büdcəsi 5,2 faiz artımla planlaşdırlsa da, geniş əhali kütləsinin gözləntilərinə cavab vermir.

“Büdcədə 1 milyard manatdan bir qədər artıq artım olsa da əhalinin ciddi sosial təbəqəsi olan nüəllimlər, həlkimlər, mədəbniyyət işçilərinin sosial vəziyyətinin yaxşılaşdırlması üçün ciddi vəsait nəzərdə tutulmayıb. Təhsil və səhiyyə büdcəsində nominal artım 100 milyon manata da çatmır. Bu 100 milyon artım isə bu sahənin işçilərinin əmək haqlarının artımına demək olar ki, yönəldilməyəcək. Yalnız 5 faiz səviyyəsində səhiyyə işçilərinin əmək haqlarının artımı nəzərdə tutulur. Təhsil və mədəniyyət, incəsənən sferasında çalışan insanların məvaciblərinin artımı üçün ümumiyyətlə vəsait nəzərdə tutulmur”.

Onun fikrincə bu ilki büdcə ənənəvi olaraq əvvəlki illərin büdcəsi kimi investisiya yönümlüdür.

“Büdcənin təxminən hər 3 manatından bir manatı investisiya xərclərinə yönəldiləcək. İnvestisiya xərclərinin isə təxminən 25 faizi yayda keçirləcək Avropa Olimpiya Oyunlarının təşkilinə yönəldilib”.

Ekspert deyib ki, ümumilikdə büdcənin yarısı investisiya və müdafiə xərcələrinə gedəcək.

“Sosial büdcənin payı təxminən 20 faiz ətrafəndadır. Sosial xərclər qonşu Gürcüstan və Qazaxıstanla müqayisədə çox azdır. Bu ölkələrdə sosial xərclər büdcənin 40 fiaini təşkil edir”, o qeyd edib.