Konqresə seçki reklamlarında qorxu faktoru
Your browser doesn’t support HTML5
Son rəy sorğuları göstərir ki, qarşıdan gələn 4 noyabr Konqres, ştat və yerli bələdiyyə seçkiləri ərəfəsində seçicilər arasında naratlıq yaşanır. Gallup sorğusunun nəticələri göstərir ki, amerikalılar düşünürlər ki, ölkənin üzləşdiyi ən vacib 10 məsələyə ebola virusu, İraq və Suriyada fəaliyyət göstərən İslam Dövləti militantlarının yaratdığı təhlükə daxildir. Bəzi Respublikaçı namizədlər amerikalıların Demokrat prezident Barak Obamanın rəhbərliyi altında təhlükəsizliklərinin qorunmasını sual altına alırlar. Bir neçə Demokrat namizəd isə Respublikaçıları ebola qorxularının qabardığı bu dövrdə səhiyyəyə ayrılan vəsaitlərin azaldılmasında günahlandırırlar. Amerikanın Səsinin müxbiri Sindi Seyn Kapitolidən 2014-cü ilin seçkilərindəki “qorxu amili”ndən bəhs edir.