Elçin Hatəmi İran Azərbaycanında insan haqlarının son durumunu şərh edir
Your browser doesn’t support HTML5
Güneyli hüquq müdafiəçisi Elçin Hatəmi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında insan haqları pozuntuları ilə bağlı yeni məlumatları şərh edib. Türkiyədə mühacirətdə yaşayan güneyli fəal ötən həftələrdə Urmiyə şəhərində icra edilən edam hökmləri, Şərqi Azərbaycan vilayətində erkən yaşda evləndirilən qız uşaqları, Ərdəbil vilayətində kəndlilərin ərazisinin zəbt edilməsi, eləcə də güneyli məhbusların durumu və mühakimə edilən milli fəallar haqqında danışıb.