Ukraynalı məktəblilər veteranlara qayğı göstərir [Video]

Your browser doesn’t support HTML5

Yeni tədris ilinin başlamasına baxmayaraq, müharibədən sarsılan Ukraynanın şərq regionunda minlərlə uşaq məktəbə gedə bilmir. Ukraynanın paytaxtında isə vətənpərvərlik tədrisi normal hal alıb. İnsanlar iyanələr etməklə təhlükəsizlik qüvvələrinin yaralı əsgərlərinə yardım etməyə çalışır.

Ukraynada tədris ilinə məktəblilər mahnılar və müəllimlərinə gül dəstələri təqdim etməklə start verib.

Çoxsaylı uşağın müharibə zonasında olması, məktəblərə gedə bilməməsi ən böyük fəlakətdir. Amm bir şeyi deyə bilərəm - Heç bir müharibə uşaqların göz yaşına dəyməz
Vitaliy Klitçko, Kiyevin meri

Lakin paytaxdan fərqli olaraq döyüşlər səbəbi ilə Ukraynanın şərq regionunda minlərlə uşaq üçün 900-dən artıq məktəb bağlıdır.

Kiyev meri, boks ürə sabiq çempion Vitali Klitçkonun dediyinə görə, 4500-ə yaxın uşaq məcburi köckün vəziyyətində yaşayır.

“Çoxsaylı uşağın müharibə zonasında olması, məktəblərə gedə bilməməsi ən böyük fəlakətdir. Amm bir şeyi deyə bilərəm - Heç bir müharibə uşaqların göz yaşına dəyməz,” deyə Klitçko bildirir.

Ukrayna qüvvələrinə dəstək məqsədi ilə siniflərdə ianələr toplanır. 11-ci sinif şagirdi Viktoriya Odusanvo vəsaitin yaralılar üçün toplandığını deyir:

Rusiyanın himayə etdiyi separatçılarla döyüşlərdə çox sayda Ukrayna əsgəri yaralanıb.

“Onların vətənə xidmət göstərməsi, bizə yardım göstərməsi, bizi müdafiə etməsinə görə vasitlə biz də onlara yardım edirik.”

Məktəblərdə vətənpərvərlik dəsrləri də keçilir. 149 saylı məktbəin direktoru alman dili müəllimi Olena Zaplotinska deyir:

“İlk dərsdən sonra “Vahid Ukrayna” tələbələri müəllimləri ilə bərabər hərbi hospitala gedərək, yaralılara baş çəkib.”

Şagidrlər ianələrlə xəstəxanalara gəlir. Bunu hospitalın rəisi Mixail Karnauk deyir.

Məndə elə bir təsəvvür yaranıb ki, onlar burada yaşayır. Demək olar ki, hər gün buradadırlar.
Polkovnik Mixail Karnauk

“Məndə elə bir təsəvvür yaranıb ki, onlar burada yaşayır. Demək olar ki, hər gün buradadırlar,” dey polkovnik bildirir.

Ukraynanın sərhəd mühafizi Stanislav Zvarko anti-tank qurğusundan atılan atəş nəticəsində kürəyi, ayaqları və əllərindən aldığı yanıqlardan müalicə olunur.

“Bizi unutmamaları gözəl bir işdir. Hər onları görəndə sevinirik,” o bildirir.

Xəstəxana işçiləri vəsaitə daim ehtiyac olduğunu, işlərinin ianələrdən asılı olduğunu deyir.