Firuz Yusifiyə oğluna ad qoymağa icazə vermirlər
Your browser doesn’t support HTML5
Firuz Yusifi deyir ki, İranın vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsi uşağı üçün seçdiyi türkcə AlpOrhan adını xarici və qeyri-İrani ad kimi dəyərləndirərək ona şəxsiyyət vəsiqə verməkdən imtina edib. Tehranda yaşayan ata Amerikanın Səsi ilə söhbətdə ailədə uzun müzakirələrdən sonra AlpOrhan adını seçdiklərini və şəxsiyyət vəsiqəsi verməsələr də bu adı dəyişməyəcəklərini vurğulayıb.