Nuri əl-Maliki baş nazir vəzifəsindən istefa verdiyini elan etdi

İraq baş naziri Nuri əl-Maliki vəzifədən gedəcəyini deyərək onu əvəzləyəcək liderə dəstəyini ifadə edib.

Güclü beynəlxalq təzyiq altında cənab Maliki öz qərarını cümə axşamı elan edib. Televiziya ilə millətə müraciətində cənab Maliki növbəti baş nazir olacaq Heydər əl Abadiyə tam dəstəyini ifadə edib.

Cənab Abadini baş nazir vəzifəsinə yeni İraq Prezidenti Fuad Məsum bazar ertəsi nominasiya edib.

Bundan az sonra cənab Maliki ictimai dəstəyi sürətlə itirməyə başladı. O, səkkiz illik hakimiyyəti dönəmində İraqda təriqətlərarası gərginliklərə son qoya bilməməkdə təqsirləndirilir.

Üç gün öncə Nuri əl-Maliki istefa təklifini rədd etmişdi. Həmin vaxt o, parlamentdə ən iri siyasi bloka malik olduöunu əsas gətirmişdi.