“Avtokrat fikir ayrılıqlarına dözümsüzlük nümayiş etdirəndə, və hər yerdə satqın və casus axtarışına çıxanda, sayıq olmaq lazımdır,” deyə Washington Post qəzetinin baş məqaləsi Azərbaycan prezidenti İlham Əliyevi tanınmış insan haqları müdafiəçiləri Leyla və Arif Yunusları həbs etdirdiyinə görə tənqid edir.
Rusiya prezidenti Putini təqlid edən Azərbaycan prezidenti İlham Əliyev həbslərlə və repressiv qanunlarla getdikcə “qaykaları daha bərk sıxır” və vətəndaş cəmiyyətinin salamat qalmasına olan məkanı daraldır.
Azərbaycanı neft baxımdan zəngin, azadlıq baxımdan kasad ölkə adlandıran yazı Yunusların qondarma ittihamlarla həbs olunduqlarına diqqət çəkir və İlham Əliyevi dərhal sivil cəmiyyət liderlərini azad etməyə çağırır.
Qəzet yazır ki, Leyla Yunus Azərbaycanda siyasi məhbusların hüquqlarını qorumaqla yanaşı Qarabağ probleminin həllində Azərbaycanla Ermənistan arasında körpü salmaq cəhdlərinin önündə durub.
O, Azərbaycan və Ermənistan ziyalıları arasında etimad qurulmasını, mübadiləni təşkil edirdi. Bu da ona qarşı absurd ittihamlara əsas verib.
Hökumət onun institutunu qeydiyyata almaqdan imtina edib ki, bu da onun təşkilatının özbaşına və əhvaldan asılı olan təqiblərinə imkan verir.
Leyla Yunus Azərbaycanda insan haqları pozuntularından illərdir ki, açıq və ucadan danışır.
Rusiya prezidenti Putini təqlid edən Azərbaycan prezidenti İlham Əliyev həbslərlə və repressiv qanunlarla getdikcə “qaykaları daha bərk sıxır” və vətəndaş cəmiyyətinin salamat qalmasına olan məkanı daraldır.
Əliyev düşünə bilər ki, dünyanın diqqəti Ukraynaya yönəldiyi vaxt tənqidçilərini susdurması çox yaxşı hərəkətdir. Ancaq indi Sovet dövrü deyil. Belə qeyri-sivil davranışı uzun müddət gizlətmək mümkün deyil. Azərbaycandakı həbslər QHT-lərin, insan haqları təşkilatlarının geniş etirazlarını doğurub.
Beynəlxalq diqqətin Ukraynadakı böhrana yönəldiyi vaxtda İlham Əliyev daxildəki tənqidçilərini susdurmaqla özünü ağıllı hesab edir.Washington Post
Leyla Yunus həbsxanadan açıq məktib yazıb. Orda o, “rejimin çaqqalları”na müraciət edərək yazır ki, “siz bizim sözlərimizə dözmürsünüz. Zorakılıqla cavab verirsiniz”.
Azərbaycanın Avropa Şurasında Nazirlər Komitəsinə sədrlik etdiyi vaxtda İlham Əliyev belə repressiyanı necə edə bilər- bunu anlamaq mümkün deyil.
Əliyev aydın şəkildə xaricdə hörmət axtarır. Ancaq onun hərəkəti pislənməyə layiqdir.
Leyla və Arif Yunus dərhal azad olunmalıdır. Əgər azad olunmasalar, onda Avropa Şurasından soruşmaq lazımdır ki, insan haqlarının və qanunun alililiyinin hətta baza prinsiplərinə riayət etməyən ölkənin sədrliyinə nə qədər dözəcək?