Əfqanıstanda yeni hökumətin qurulmasına dair razlıq əldə edilib

Əfqanıstanda prezidentliyinə namizəd rəqiblər öz aralarındakı mübahisəyə son qoyaraq yeni hökumətin qurulması istiqamətində işləməyə razılaşıblar.

Abdulla Abdulla və Əşrəf Ğani arasında danışıqlar səkkiz milyon səsin yoxlanılması ilə bağlı dalana dirənib. Rəsmilər hələlik çüzi sayda səsləri nəzərdən keçirə biliblər.

Kabildə ABŞ dövlət katibi Con Kerri ilə ikinci gün davam edən danışıqlardan sonra namizədlər audit qurtardıqdan sonra hökumət yaratmaq istiqamətində birgə əməkdaşlıq edəcəklərinə dair razılıq imzalayıblar.

Con Kerri Kabilə dünən gəlib. Bu onun son bir ay ərzində Əfqanıstana ikinci səfəridir.

Ötən ay Kerri hər iki namizədlə danışıqlar aparıb. Namizədlər iyunun 14-dən audit keçirilməsinə razılaşıb, amma sonradan səslərin sayılması prosesində fikir ayrılığı yaranıb.

Cənab Kerri ilə səyahət edən Dövlət Departament rəsmisi müxbirlərə deyib ki, ABŞ yeni əfqan prezidentininin bu ayın sonunadək işə başlamasını istəyir.

Kerri cümə günü prezidentlik dönəmi başa çatmaqda olan Həmid Karzayla da görüşüb.