ABŞ İraqda seçimləri nəzərdən keçirir

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf

İslamçı ekstremistlər İraqın ən iri su bındini və şimal bölgəsini ələ keçirdikdən sonra Birləşmiş Ştatlar seçimləri nəzərdən keçirir.

Dövlət Departamentinin sözçüsü Marie Harf Vaşinqtonun baş qaldırmış “nəhəng humanitar böhrandan” dərin narahtlıq keçirdiyini deyir.

Harf bildirib ki, hazırda Vaşinqton bir neçə variantı nəzərdən keçlirir. Onun sözlərinə görə yerdəki ağır durumu nəzərə alaraq ABŞ hökuməti əlavə nə edilə biləcəyinə baxır.

Amma yüksək rütbəli ABŞ rəsmiləri İraqa quru qüvvələrinin göndərilməsini istisna edib.

İraq və Şamda İslam Dövlət kimi tanınan İŞİD-in son günlərdə Mosulu və ətraf şəhərləri ələ keçirməsi ilə on minlərlə adam evlərindən didərgin düşüb.