Artum Dinc: Bu, xalq üsyanı idi
Your browser doesn’t support HTML5
“May etirazları o yazılı karikaturaların mahiyyətini aşan bir olay idi. Pəhləvi dönəmindən bəri, aşağılanma, xor görülmə və ədalətsizliklə üzləşən bir xalqın üsyanı idi,” deyə güneyli sosioloq Artum Dinc Amerikanın Səsinə müsahibədə 2006 may qiyamının mahiyyətini dəyərləndirib. Onun sözlərinə görə bu, son bir neçə onillikdə ilk dəfə idi ki, İranda yaşayan Azərbaycan türkləri cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq bir toplum kimi ayağa qalxaraq milli maraqlarını müdafiə etməyə başladılar.