Əsabəli Mustafayev: Heç bir sübutları yoxdur
Your browser doesn’t support HTML5
“Artıq Azərbaycanda insanları uzun müddət həbsdə saxlamaq və onlara ağır həbs cəzaları vermək üçün güclü əsas olmasına ehtiyac yoxdur,” Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib. İttiham olunan gənc fəalların işi üzrə məhkəmə prosesini şərh edən vəkil prosesin büsbütün qanun pozuntuları ilə, dəlillərin yoxluğu ilə müşayiət olunduğunu deyir. Onun sözlərinə görə prokurorun irəli sürüdüyü ittihamların heç bir hüquqi əsası yoxdur.