Əzra Azəri milli hərəkatda qadınların rolu haqda danışır
Your browser doesn’t support HTML5
“Milli hərəkatda qadınlardan ancaq mənəvi dəstək gözlənilir, qadın heç zaman siyasi lider rolunda, yaxud bir aparıcı qüvvə kimi təsəvvür edilmir,” deyə Əzra Azəri Azərbaycan hərəkatında qadın üçün biçilmiş rolun toplumda formalaşmış stereotiplərə söykəndiyini bildirir. Güneyli feminist və mədəni fəal Amerikanın Səsinə müsahibədə qadınlarda öz senzura məsələsi və cəmiyyətdə formalaşmış qadın stereotiplərini müzakirə etməklə yanaşı İranın siyasi cərəyanları və güneydəki milli hərəkat içində qadın fəalların rolunu dəyərləndirib.