Məhbub Əmrahi Milli Hökumət haqda danışır

Your browser doesn’t support HTML5

Məhbub Əmrahi hesab edir ki, təxminən 70 il öncə güneydə Azərbaycan hökümətinin qurulması ilə meydana çıxan siyasi mühit milli-mədəni hüquqlar uğrunda mübarizənin formalaşmasında böyük rol oynayıb. Ankarada təhsil alan güneyli yazar və siyasi fəal Amerikanın Səsinə müsahibədə 1945-46 illərdə qurulan Azərbaycan Milli Hökümətinin yıxılması nəticəsində İran Azərbaycanında yaranan şərait, habelə milli hökümət və onun təsisçilərinin bugünkü nəsillərə qoyub getdiyi miras haqda fikirlərini paylaşıb.