Barış Heydəri: Oğlum artıq atasının zindanda olduğunu bilir

Your browser doesn’t support HTML5

“Həsən Ruhaninin prezident seçilməsindən sonra bəzi iranlı siyası məhbusların vəziyyəti yaxşılaşıb, amma azərbaycanlı məhbuslarla bağlı heç nə dəyişməyib.” Bu, Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan doqquz il həbsə məhkum olmuş Yeni GAMOH təşkilatı liderlərindən biri olan Mahmud Fəzlinin həyat yoldaşının sözləridir.  Barış Heydəri Amerikanın Səsinə müsahibədə ötən dekabrın 31-dən həbsdə saxlanılan həyat yoldaşı və Yeni GAMOH-un digər dörd liderinin durumunu şərh edib. O, həmçinin doqquz aydan artıqdır atasının evə dönməsini gözləyən kiçik oğlu Atilla haqda danışıb.