Güneyli müəllim: İran qeyri-fars şagirdlərə qarşı assimilyasiya siyasəti yürüdür
Your browser doesn’t support HTML5
İranda məktəblərin açılışı münasibətilə Amerikanın Səsinə müsahibə verən milli fəal və Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi Cavad Abbasi İran İslam Respublikasının Azərbaycan şəhərlərindəki məktəblərdə yürütdüyü siyasət, eləcə də ana dilində təhsil almaqdan məhrum edilən türklər və digər qeyri-fars uşaqların İran təhsil sistemi və həyatlarında üzləşdikləri problemləri şərh edir.