Yeni GAMOH liderləri Təbriz zindanında aclıq aksiyasına başlayıblar

Your browser doesn’t support HTML5

Hər biri doqquz il həbs cəzasına məhkum edilmiş Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının üzvləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə iyulun 13-dən Təbriz zindanında aclıq aksıyasına başlayıblar. Təşkilatın başqanı Lətif Həsəninin xanımı Əzəm Piri həyat yoldaşı və digər dörd məhbusun durumu haqda Amerikanın Səsinə müsahibə verib.