Əlirza Ərdəbilli: Türklər İranın elitasından uzaqlaşdırılır

Your browser doesn’t support HTML5

Əlirza Ərdəbillinin fikrincə Azərbaycan türkləri və umumiyyətlə İranda yaşayan türklərin ölkənin yüksək siyasi elita təbəqəsindən uzaqlaşdırılması yeni bir proses deyil. Azərbaycanlı jurnalist, yazar və siyasi fəal Amerikanın Səsi ilə müsahibədə ölkənin hakim elitası və umumiyyətlə yüksək siyasi təbəqəsində Azərbaycan türklərinin sayının tədricən azalmasının səbəblərini şərh edib.