Saleh İldırım: İrandakı seçki deyil, təyinatdır
Your browser doesn’t support HTML5
“Bu əslində prezident seçkisi deyil prezident təyinatıdır,” deyə Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü İranda prezident seçkilərini təsvir edir. Saleh İldırım Amerikanın Səsi ilə müsahibədə iyunun 14-də İranda keçiriləcək prezident seçkilərindən əlavə, Azərbaycan Türkləri və güneyli təşkilatların seçkilərlə bağlı mövqeyi haqda danışıb. Milli fəalın sözlərinə görə, bu ilki seçkilərlə keçmiş seçkilər arasında hakimiyyət içində çəkişmələrin daha çox ortaya çıxması kimi fərqlər olsa da mahiyyət baxımdan dəyişən ciddi bir şey yoxdur.