Umud Evrən: İran Azərbaycanlıları siyasi texnologiyalardan yararlanmalıdır
Your browser doesn’t support HTML5
Azərbaycanlı siyasi fəal və ekspert Umud Evrən Amerikanın Səsi ilə müsahibəsində İran Azərbaycanında siyası təşkilatlar və partiyaların funksiyası və onların üzləşdiyi problemləri şərh edib. İstanbul siyasi elmlər fakültəsi və Marmara Universitetində təhsil almış azərbaycanlı ekspertin sözlərinə görə siyasi partiyalar maarifləndirmə, siyasi şüurlandırma və kütlələri hərəkətə keçirmək fəaliyyətləri ilə yanaşı yeni siyasi kadrlar da yetişdirməlidir. Hollandiyada mühacirət həyatı yaşayan fəal Güneyli təşkilatların bu fəaliyyətlərlə bağlı müvəffəqiyyətli olduqlarını hesab etmir.