Mahmud Bilgin: Birliyimizi önləyən əsas problem birincilik xəstəliyidir

Your browser doesn’t support HTML5

Güney Azərbaycan Demokrat Partiyasnın (GADP) başqanını İran Azərbaycanı təşkilatları arasında birliyi önləyən əsas problemin mənlik xəstəliyi olduğunu deyir. İsveçdə mühacirətdə yaşayan Mahmud Bilgin Amerikanın Səsi ilə müahibəsində təmsil etdiyi partiyanın hədəf və fəaliyətləri, partiya içi demokratiya və güneyli təşkilatlar arasında birlik və əməkdaşlıq kimi mövzular haqda danışıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının qurucularından biri olduğunu söyləyən Mahmud Bilginin sözlərinə görə, GADP adətən partiyadaxili demokratiya mexanizminin olmaması üzündən GAMOH-dan ayrılan fəallar tərəfindən təsis edilib.