Babək Çələbyanlı: İran müharibəyə hazır deyil
Your browser doesn’t support HTML5
“İran xarici bir ölkə ilə muharibəyə girərsə, Azərbaycan Türkləri İran-İraq savaşındakı kimi İran İslam Respublikasını dəstəkləməzlər,” deyə güneyli hərbi ekspert bildirir. Tehranın İmam Əli Hərbi Universitetinin məzunu, İran ordusunun keçmiş zabiti və Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) üzvü Babək Çələbyanlı Amerikanın Səsi ilə müsahibədə İran ordusunun hərbi gücü və ölkənin mümkün muharibəyə hazırlığı haqda danışıb.