Arif Kəskin: İran rəsmilərinin çoxu anti-türkdür

Your browser doesn’t support HTML5

Yaxın Şərq və İran üzrə tədqiqatçı Arif Kəskin İran İslam Respublikası rəsmiləri arasında anti-türk siyasətçilərin çoxluq təşkil etdiyini deyir. Türkiyədə strateji araşdırmalar mərkəzində çalışan ekspert Amerikanın Səsi ilə müsahibədə İran hökümətinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı siyasəti və İran Azərbaycanında anti-türk mövqeləri ilə tanınan namizədlər Əli Əkbər Vilayəti, Qulaməli Həddad Adil və İsfəndiyar R. Məşayinin baxışları və onların ölkə siyasətindəki çəkilərini şərh edib.