Müsavatçı Sabir Vəliyev Naxçıvanda ölümcül döyülüb

Your browser doesn’t support HTML5

Bu gün Naxçıvanda Müsavat partiyasının region üzrə təşkilatının sədri Sabir Vəliyev fiziki hücuma məruz qalaraq ölümcül döyülüb. Amerikanın Səsinin aldığı məlumata görə hücum iki mülki geyimli şəxs tərəfindən saat 15:00 radələrində həyata keçirilib. Hücumla bağlı Amerikanın Səsinə danışan Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy son insidenti Vasif Talıbovun rəhbərlik etdiyi hakimiyyət orqanlarının əməli kimi təsvir edib. Onun sözlərinə görə çox sayda narazı insanın müxalifət partoiyalarına axışmasından narahat olan hökumət orqanları müxalifət qüvvələrinin rəhbərlərini hədəf almaq qərarına gəliblər.