Saleh Kamrani İran seçkilərində azərbaycanlıların rolu barədə

Your browser doesn’t support HTML5

Azərbaycanlı vəkil və siyasi fəal Saleh Kamrani İranda qarşıdan gələn prezident seçkiləri və Azərbaycan Milli Hərəkatının ölkədəki seçkilərlə bağlı umumi funksiyaları haqda Amerikanın Səsinə müsahibə verib. Saleh Kamraninin sözlərinə görə, İran hökuməti hər zaman xalqın yüksək sayda seçkilərə qatılmasını istəyib. Buna səbəb insanları seçki prosesinə cəlb etmək deyil, bu iştirakla İslam Respublikasına legitimlik qazandırmaq olub. Belə ki, həqiqi seçkilərdən fərqli olaraq İranda siyasi namizədlər qabaqcadan dini rəhbərlik tərəfindən təsdiq olunur və xalqın dəstəyini qazana biləcək əksər namizədlər büsbütün prosesdə kənarda qalır.