Barış Heydəri əri Mahmud Fəzlinin həbsi haqda danışır

Your browser doesn’t support HTML5

Amerikanın Səsinə müsahibədə tanınmış milli fəal Mahmud Fəzlinin həyat yoldaşı Barış Heydəri ərinin tutulması haqda məlumat verib. Ötən dekabrın 31-də Təbrizdəki evi önündə Ettelaat məmurları tərəfindən tutulan tanınmış milli fəal Mahmud Fəzli, iki həftədən artıqdır ki, Təbriz təhlükəsizlik həbsxanasında saxlanılır. Cənab Fəzlinin saxlanma səbəbi hələ də tam olaraq açıqlanmayıb. Barış Heydəri Amerikanın Səsinə bildirib ki, Mahmud Fəzli uzun müddətdir ki, İran Azərbaycanında baş qaldıran milli hərəkatın fəalıdır və o, bundan əvvəl də bir neçə də İslam Respublikasının təhlükəsizlik orqanları tərəfindən həbs olunub.