Naşir Şərifə Cəfəri İranda üzləşdiyi məşəqqətləri nəql edir
Your browser doesn’t support HTML5
İnsan haqları qrupları İranın Azərbaycan vilayətlərində dil, kültür və incəsənət fəaliyyətlərinin məhdud olduğu və bu sahələrdə çalışanların davamlı olaraq hökümətin təqib, təhdid və basqılarına məruz qaldıqlarını deyirlər. Bu növ basqıların qurbanlarından biri, 2011 sentyabrında hökümət tərəfindən qapadılan Pınar Nəşriyyatının müdiri Şərifə Cəfəri üzləşdiyi təzyiqlər haqda Amerikanın Səsinə müsahibə verib.