Musa Bərzin Urmiyə məhbusları haqda danışır

Your browser doesn’t support HTML5

2011-ci ilin avqust ayında, İran Parlamenti Azərbaycanlı deputatların Urmiyə Gölünü xilas etmək üçün parlamentə təqdim etdikləri layihəni rədd etdiktən sonra başlanan kütləvi etirazlar nəticəsində Təbriz və Urmiyə şəhərlərində həbs dalğası başlandı. Həbslərin çoxu etiraz aksiyaları əsnasında və ondan sonra şəhər küçələrində həyata keçirilsə də, 29 azərbaycanlı fəal etirazlardan neçə gün öncə, Təbrizin Qumtəpə məhəlləsində qonaq olduqları bir evdə tutuldular. Həçmion vaxt həbs olunmuş və sonradan ölkəni tərk etməyə nail olan Musa Bərzin Xəlifəli Amerikanın Səsinə danışıb.