Mənuçehr Əzizinin evinə Ettelaat reyd keçirib

Your browser doesn’t support HTML5

İranın xüsusi xidmət orqanı Ettelaatın əməkdaşları bu yaxınlarda Təbriz şəhərində Günəş Partiyasının qurucusu Mənuçehr Əzizinin evinə reyd keçiriblər. Gecə çağında cənab Əzizinin evinə daxil olan dörd əməkdaş onun kitablarını və CD-lərini müsadirə edib. Günəş Partiyasının sədri sənədlərinin qanunsuz olaraq müsadirə olunmasına etiraz edərək bu haqda məhkəmə orqanlarına məktub ünvanlayıb.