Birinci Dünya Müharibəsi fotolarda

1914-cü ildən 1918-ci ilədək sürən müharibə Osmanlı, Avstriya və Rusiya imperiyalarının dağılması ilə nəticələndi və 20-ci əsrin trayektoriyasını büsbütün dəyişdi.  Bu şəkildə Britaniya əsgərləri Qərb cəbhəsində hücuma keçmək üçün səngərdən çıxırlar. 

Birinci Dünya Müharibəsinin başlıca iştirakçıları bir tərəfdə Britaniya, Fransa, Rusiya və ABŞ, qarşı tərəfdə isə Almaniya, Avstriya-Macarıstan və Osmanlı İmperiyaları idi. Bu fotoda Prusiya qvardiyasının piyadaları Berlində səfərbər olunur. Avqust, 1914.

Əsasən Avropa qüdrətləri arasında savaşılmasına baxmayaraq, müharibə Afrika, Yaxın Şərq və Asiyadan da yan keçməmişdi. Bu şəkildə türk pulemyot korpusu Tel-Eş Şeriada Qəzza xəttini ingilislərdən qoruyur. 1917.

Müasir silahların döyüş meydanına təqdim olunması ilə müharibə görünməmiş dağıntı və insan itkisi gətirdi. İnanmaq çətin idi ki, üstündən 20 il keçmiş dünyada bundan da qanlı müharibəyə səhnə olacaq. Bu şəkildə Britaniya əsgəri isifadə olunmuş minlərlə artilleriya mərmisinin ortasında dayanıb.

Birinci Dünya Müharibəsi yeni texnologiyaların döyüş meydanına gətirilməsi ilə müşayiət olundu. Mövcud silahlar isə daha irimiqyaslı ölüm missiyası yerinə yetirirdilər. Döyüş meydanının sifətini dəyişən komponentlərdən biri də tank idi. Bu şəkildə Britaniyanın zirehli texnologiyası hərəkətdədir.

Qüdrətli pulemyotlar piyadaları qana bələməklə əsgərləri səngərdə qorunmağa məcbur edirdi. Beləliklə də səngərqazma ənənəsinin əsası qoyuldu. Bu şəkildə Belçika əsgəri pulemyotla keşik çəkir.

Düşməni bombalamaq və kəşfiyyat məqsədləri üçün aviasiyadan da istifadə edilirdi. Havada üstünlüyü ələ almaq üçün tərəflər arasında ara-sıra aviasiya döyüşləri də baş verirdi. Bu şəkildə Britaniyanın Handley-Paige bombardmançıları Qərb cəbhəsində missiya həyata keçirir. 

İlk dəfə olaraq zəhərli qazdan Birinci Dünya Müharibəsində istifadə olunmağa başlanıldı. Bu yeni silah dünyanı o dərəcədə dəhşətə gətirdi ki, sonradan beynəlxalq saizşlərə əsasən onun istifadəsi qadağan edildi. Bu şəkildə, Flanders yaxınlığında alman əsgərlər zəhərli qaz hücumundan qurtulmağa çalışırlar.

Müharibənin nəhəng miqyası itkilərin dəqiq sayını ölçməyi çətinləşdirir. Təxmin olunur ki, müharibə əsnasında 9-10 milyon əsgər həlak olmuş, 22 milyon yaralanmışdır.  Ən azı 7 milyon mülki vətəndaş münaqişədə həyatını itirib.  Bu şəkildə Britaniya əsgərləri xərək daşıyırlar,  Flanders, 1917.

ABŞ qoşunlarının müharibəyə daxil olması müharibənin gedişatını həll etdi. Yüz minlərlə gümrah Amerika əsgərinin Avropa sahillərinə ayaq basmasından bir neçə ay sonra Fransa və Britaniya ilə savaşda heydən düşmüş Almaniya silahı yerə qoydu.  ABŞ əsgərləri döyüşdə: C Batareyası, Altıncı Səhra Artilleriya Batalyonu, Birinci Diviziya, Fransanın Beaumont şəhəri yaxınlığında artilleriya atəşi açır. 1918.

Britaniya artilleriyası Qərb Cəbhəsində alman mövqelərini yerlə yeksan edir.

Alman əsgər qumbara atır.

Əsgərlər 700 kiloqramlıq “xəndək dağıdanları” maşından düşürür. Bu artilleriya mərmiləri 7 metr dərinliyində 20 metr enində krater açmağa qadir idi.