ABŞ Helsinki Komissiyası Bakıya: Təqib kampaniyasına son qoy!

په پاریس کې د اقلیم د بدون د مخنیوي په خاطر لاریون کونکو د امریکا، چین، فرانسې، هند، جرمني او استرالیا د مشرانو نقابونه اغوستي دي

ABŞ Helsinki Komissiyası Leyla və Arif Yunusa qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama ilə çıxış edib. Açıqlamada deyilir:

"Azərbaycan hökuməti Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu həbs edib, və onlara qarşı dövlətə xəyanət, vergidən yayınma və başqa iqtisadi cinayətləri üzrə ittihamlar irəli sürüb. Buna cavab olaraq ATƏT Komissiyasının sədri ABŞ senatoru Ben Kardin və Komissiyanın həmsədri Konqresmen Kris Smit bəyanat veriblər:

'Yunuslara qarşı irəli sürülən ittihamlar hiddət doğurur. Leyla və Arif uzun müddət Ermənistanla xalqlararası təmasları dəstəkləyiblər, və onlara qarşı casusluq ittihamı absurddur. Biz Azərbaycan hökumətini bu ittihamları ləğv etməyə və söz azadlığı və toplaşma azadlığı hüquqlarını dinc şəkildə icra edən müxalifətə, sivil cəmiyyətə və jurnalistlərə qarşı koordinasiyalaşdırılmış kampaniyaya son qoymağa çağırırıq.'”

Senator Ben Kardin bir neçə həftə öncə Amerikanın Səsinə müsahibədə Leyla Yunusa qarşı təqibləri diqqətlə izlədiyini bildirmişdi.