Əfqanıstanda prezidentliyə namizəd seçkinin ilkin nəticələrini tanımayacağını deyir

Əfqanıstanda prezidentliyə namizəd olan Abdulla Abdulla bazar ertəsi açıqlanacaq ilkin nəticələri tanımayacağını bildirib.

Kabildə müxbirlərlə danışan Abdulla deyib ki, o, seçkinin nəticələrini səsvermədə yol verilmiş pozuntular araşdırıldığı zaman tanıya bilər.

İyunun 14-ü Abdulla və prezidentliyə digər namizəd Əşrəf Qaninin iştirak etdiyi ikinci turun nəticələri keçən həftə elan edilməli idi. Lakin nəticələrin elan edilməsi Müstəqil Seçki Komissiyasının iki min səsvermə məntəqəsində verilən səslərin yoxlanılmasına ehtiyac olduğunu bildirməsindən sonra təxirə salınmışdı.

Abdulla Abdulla keçmiş maliyyə naziri Əşrəf Qani ilə rəqabət apardığı ikinci turda səsvermə zamanı kütləvi şəkildə pozuntulara yol verildiyini bildirir.

O, səslərin saxtalaşdırılmasında Əfqanıstan prezidenti Həmid Karzai, vilayət qubernatorları və təhlükəsizlik qüvvələrinin personalını günahlandırır.

Öz növbəsində Abdulladan bir milyon çox səs topladığı deyilən Əşfər Qani ilkin nəticələrin gecikdirilməycəyini və hakimiyyətin Abdulla ilə bölüşdürülməsini istisna etdiyini bildirib.