Obama mühacir uşaqların Birləşmiş Ştatlara qeyri-qanuni axınına nəzarət üçün 2 milyard dollar ayrılmasını istəyir

ABŞ prezidenti Barak Obama Mərkəzi Amerikadan qadın və uşaqların Birləşmiş Ştatlara qeyri-qanuni axınının qarşısının alınması üçün təcili olaraq 2 milyard dollar ayrılmasını istəyir.

Cənab Obama ABŞ-ın Meksika ilə cənub sərhəddində nəzarəti gücləndirmək və keçən il oktyabr ayından başlayaraq ölkəyə qeyri-qanuni valideyn müşayiəti olmadan daxil olan 52 min uşaq və 39 min qadının deportasiyası prosesini sürətləndirmək məqsədilə Konqresə müraciət göndərməyi planlaşdırır.

Qadın və uşaqların çoxu Birləşmiş Ştatlara Honduras, Qvatemala və Salvadordan gəlib. ABŞ mühacirət orqanlarının rəsmiləri bu sayda insan axını kimi bir problemlə qarşılaşsa da, ABŞ qanunlarına görə onlar dərhal geri göndərilə bilməz. Uşaqların böyük hissəsi artıq ABŞ-da olan valideynləri ilə birgə yaşamaq üçün Amerikaya gəlib.

Prezident Obamanın məsələ ilə bağlı müraciət Konqresdə hələ də əhatəli mühacirət islahatlarının qəbul edilmədiyi bir vaxt edilir.