İordaniya məhkəməsi terror hücumlarında əli olduğu deyilən şəxsə bəraət qazandırıb

Əbu Qətada

İordaniya məhkəməsi terror hücumlarında əli olduğuna görə Britaniyadan ekstadisiya edilən müsəlman ruhani Əbu Qətadaya bəraət qazandırıb.

Hakimin bəraət barədəki hökmü oxuduğu zaman məhkəmə zalında dəmir barmaqlıqlar arxasında oturan Əbu Qətadanın gülümsədiyi və özünü rahat hiss etdiyi deyilir. Lakin rəsmilərin dediyinə görə, 2000-ci ildə İordaniyada Yeni il bayramında xaricilərə hücum etmək kimi ittihamlarla üzləşən Əbu Qətada həbsdə saxlanacaq.

Bundan əvvəl məhkəmə İordaniyada Birləşmiş Ştatlar və İordaniyanın müttəfiqlərinin hədəflərinə qarşı Əl-Qaidə tipli hücumlar hücumlar planlaşdıran Əbu Qətadanı qiyabi olaraq ömürlük həbs cəzasına məhkum etmişdi.

.