“İran məktəblərində, kitablarında və filmlərində cəmiyyətə türklər haqda mənfi təsəvvür aşılanır. Türklər ucadan danışan, blçaq çəkən, oğru, qadına sataşan adamlar kimi təqdim olunur,” deyə Vaşinqton civarında yaşayan güneyli fəal içərisində boya-başa çatdığı mühiti təsvir edir. İran hökumətinin basqıları altında doğma yurdunu tərk etmək məcburiyyəti qarşısında qalmış Elyaz Yekənli Pəhləvilər dönəmindən bəri indiyədək rəsmi Tehranın yürütdüyü siyasətin Azərbaycan türklərində milli kimlik hissini məhv etməyə yönəldiyini deyir.
İranın rəsmi assimilyasiya siyasətinə baxmayaraq Azərbaycan türkləri öz milli varlıqlarını qoruyub saxlamış və bunun uğrunda mübarizə aparmaqdadırlar, deyə Elyaz Yekənli bildirir.
“Mən Zəncanda olanda şagirlərdən niyə türkcə öyrənmədiklərini soruşdum. Onlar mənə dedilər ki, Azərbaycan türkcəsində danışdıqlarına görə müəllim onların qiymətini kəsir.”
Onun sözlərinə görə Azərbaycan türklərinin 90 faizi öz ana dilində danışır. Tehrana yaxınlaşdıqca şəhərlərdə türkcə danışan adamların sayı nisbətən azalır. Məsələn Təbrizdə bu rəqəm az qala 100 faizə yaxındırsa, Tehranda türkcə danışanların sayı 40 faiz civarındadır.
Elyaz Yekənli dövlətin anti-türk siyasətinin təkcə siyasi yox, mədəni müstəvilərdə də büruzə verdiyini önə çəkir. Onun sözlərinə görə İran filmlərində və ədəbiyyatında Azərbaycan türkləri çox vaxt mənfi obraz kimi işıqlandırılır. Gənc yaşlarından Azərhaycan türklərinə öz kimliklərindən utanmaq, uzaqlaşmaq təlqin olunur.
Güneyli fəal internetin gəlişi ilə son onilliklərdə əhəmiyyətli dəyişikliklərin baş verdiyini bildirir. Onun sözlərinə görə çox sayda Azərbycan türkləri peyk televiziyası vasitəsilə türk teleseriallarına baxır, musiqini dinləyir. Onlar habelə Azərbaycan Respublikasında cərəyan edənləri diqqətlə izləyirlər.
“Günyedə milli şüurun, türkçülüyün inkişafında böyük əməyi olan şəxsiyyət Əbülfəz Elçibəydir,” deyə Elyaz Yekənli Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin tarixdəki unikal rolunu qeyd edir. Elçibəy haqda hələ uşaq yaşlarında öyrəndiyini və bu idealları özünə həyat yolu seçdiyini deyən güneyli fəal bu gün İran Azərbaycanında çox sayda gəncin Elçibəy yolunu getdiklərini deyir.
“Güneyli Elçibəy haqda eşidəndə onun gözləri yaşarır, ağlayır, çünki o, elə bir saf insan idi. O, Azərbaycanın xoşbəxt gələcəyini istəyirdi,” deyə güneyli fəal dünyasını dəyişdikdən sonra bir çoxlarının Elçibəyin dəyərini anladıqlarını və onun günəş kimi üfüqdə qalxdığını bildirir.
Your browser doesn’t support HTML5
İranın rəsmi assimilyasiya siyasətinə baxmayaraq Azərbaycan türkləri öz milli varlıqlarını qoruyub saxlamış və bunun uğrunda mübarizə aparmaqdadırlar, deyə Elyaz Yekənli bildirir.
Zəncanda şagirdlər mənə dedilər ki, Azərbaycan türkcəsində danışdıqlarına görə müəllim onların qiymətini kəsir.