Senator Kardin Anar Məmmədlinin həbsinə reaksiya verib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Anar Məmmədli 5,5 il müddətinə azadlıqdan məhrum edilib
ABŞ-ın nüfuzlu senator, Helsinki Komissiyasının rəhbəri Benjamin Kardin Tvitterdəki mikrobloqunda Azərbaycanın vətəndaş fəalı Anar Məmmədlinin həbsinə reaksiya verib.

“Seçkilər üzrə müşahidəçilər öz fəaliyyətinə görə cəzalandırılmamalıdır” - deyə senator yazıb.

Ben Cardin- ABŞ Helsinki Komissiyası sədri

O, əvvəllər də öz xüsusi bəyanatlarında Azərbaycan hakimiyyətinin vətəndaş fəallarını təqib etməsini pisləyib.

Anar Məmmədli 5,5 il müddətinə azadlıqdan məhrum edilib.