"O, Təbrizdə cərəyan edən Məşrutə Hərəkatını şəxsən izləyirdi. Milli Sərdar Səttarxanla müsahibə aparmışdı."
"Məhəmməd Əmin Rəsulzadənin həyatının bir hissəsi Güneylə bağlıdır və mənim nəzərimcə Rəsulzadənin məqalələri, əsrələri Güney tarixini öyrənmək üçün ən yaxşı mənbələrdən biridir," deyə Milli Şuranın sədri, tarixçi professor Cəmil Həsənli Amerikanın Səsinə müsahibədə milli öndərin Güney irsi haqda danışır. Onun sözlərinə görə güneylilərin taleyi Azərbaycan dövlətinin qurucusunu daim maraqlandırmış və onun dövlətçilik amalının tərkib hissəsi olmuşdur.
İstər jurnalist, istərsə də siyasi lider qismində Rəsulzadə Arazın o tayında cərəyan edən hadisələrin gündəmdə saxlanmasına çalışıb.
“O, Təbrizdə cərəyan edən Məşrutə Hərəkatını şəxsən izləyirdi. Milli Sərdar Səttarxanla müsahibə aparmışdı,” deyə tarixçi alim söyləyir. Sonradan Səttarxanın vəfatı münasibətilə Rəsulzadə Bakı mətbuatında yazdığı vida sözündə milli sərdarı qəhrəman kimi vəsf etmiş və onun Tehrana gedişini faciəvi səhv kimi dəyərləndirmişdi.
Professor Həsənli M.Ə.Rəsulzadənin ömrünün bir hissəsində İran milliyyətçisi kimi fəaliyyət etmiş olduğuna dair düşüncələri qəbul etmir. O, Rəsulzadənin elə İranda fəaliyyət apardığı və “İran-e Nov” (Yeni İran) qəzetini yaydığı dönəmlərdə də türk milliyyətçiliyini təbliğ etdiyini irəli sürüb. Eyni zamanda cənab Həsənli milli öndərin İranda modernist hərəkatının qurucularından biri kimi mühüm rol oynadığına diqqət çəkir.
Azərbaycanlı siyasətçinin sözlərinə görə, Rəsulzadə Həsən bəy Zərdabi kimilərinin başlatdığı İslam ümməti anlayışından Türk milləti kimliyinə keçiş prosesinin davamçısı və aparıcı qüvvəsi olub.
Məşhur tarixçi həmçinin Azərbaycan Demokratik Cumhuriyyətinin siyasi olaraq rəsmiləşdirdiyi milli anlayış və türk kimliyinin daha sonra Sovetlər Birliyi tərəfindən dəyişdirilməsi ilə bağlı fikirlərini bəyan edib.
“1936-cı ildə Azərbaycanda insanlar bir axşam türk kimi yatıb, sabah azərbaycanlı kimi oyandılar,” deyə Cəmil Həsənli türk kimliyinin sovetlər tərəfindən silindiyini vurğulayır.
Azərbaycan Demokratik Cumhuriyyətində milli birlik və milli kimliyin türk dili vasitəsilə formalaşdığına işarə edən alimin sözlərinə görə, “dilin adını dəyişdirmiş olsalar da, bu gün bizim Azərbaycanda danışdığımız dil türk dilidir.”
Azərbaycanlı alimin dediklərinə görə, 1918 ilində Azərbaycan Demokratik Cumhuriyyəti quruldaqdan sonra Güney Azərbaycan bu dövlətin diqqət mərkəzindən uzaq olmayıb. “Cumhuriyyət güneyin bir çox şəhərlərində baş-konsulluq ya konsulluq təsis edib,” deyə o qeyd edib.
Cəmil Həsənlinin fikrincə M.Ə.Rəsulzadə ilk növbədə bir dövlət adamı idi, onun ən böyük əsəri isə Azərbaycan Cumhuriyyəti olub. “Rəsulzadə eyni zamanda liberal ideyaların yaranmasının tərəfdarı, bir jurnalist və bir alim idi,” deyə o əlavə edib.
Your browser doesn’t support HTML5
Rəsulzadənin həyatının bir hissəsi Güney Azərbaycan ilə bağlıdır. Güney tarixini öyrənmək üçün onun məqalələrinə baş vurmaq olar.Cəmil Həsənli
“O, Təbrizdə cərəyan edən Məşrutə Hərəkatını şəxsən izləyirdi. Milli Sərdar Səttarxanla müsahibə aparmışdı,” deyə tarixçi alim söyləyir. Sonradan Səttarxanın vəfatı münasibətilə Rəsulzadə Bakı mətbuatında yazdığı vida sözündə milli sərdarı qəhrəman kimi vəsf etmiş və onun Tehrana gedişini faciəvi səhv kimi dəyərləndirmişdi.
Professor Həsənli M.Ə.Rəsulzadənin ömrünün bir hissəsində İran milliyyətçisi kimi fəaliyyət etmiş olduğuna dair düşüncələri qəbul etmir. O, Rəsulzadənin elə İranda fəaliyyət apardığı və “İran-e Nov” (Yeni İran) qəzetini yaydığı dönəmlərdə də türk milliyyətçiliyini təbliğ etdiyini irəli sürüb. Eyni zamanda cənab Həsənli milli öndərin İranda modernist hərəkatının qurucularından biri kimi mühüm rol oynadığına diqqət çəkir.
Azərbaycanlı siyasətçinin sözlərinə görə, Rəsulzadə Həsən bəy Zərdabi kimilərinin başlatdığı İslam ümməti anlayışından Türk milləti kimliyinə keçiş prosesinin davamçısı və aparıcı qüvvəsi olub.
1936-cı ildə Azərbaycanda insanlar bir axşam türk kimi yatıb, sabah azərbaycanlı kimi oyandılar.Cəmil Həsənli