Barak Obamanın xarici siyasəti tənqid edilir [Video]

Your browser doesn’t support HTML5

Prezident Barak Obamanın xarici siyasətini nəinki Respublikaçı qanunvericilər və mühafizəkarlar, hətta mərkəzçilər də tənqid edir. Digərləri isə prezidentin siyasətinin 10 illik müharibə nəticəsində formalaşmış Amerika ictimai fikrinə uyğun olduğunu deyir.

Birləşmiş Ştatların sanksiyalarına baxmayaraq, Rusiyanın dəstəklədiyi qüvvələrin Ukraynada fəaliyyətlərinin artması, Suriya və Misirdəki çaxnaşmalar, Çinin ərazi iddiaları, İsraillə Fələstin atasında dalana dirənmiş sülh prosesi kimi siyasi məsələlər prezident Obamanın xarici siyasətini sual altına alır.

Bu yaxınlardakı Asiya səfəri zamanı cənab Obamadan doktrinasını izah etməsi xahiş edildi. Cənab Obama bunları dedi: “Bizim xarici siyasətimizə qarşı tənqidlər əsasən hərbi qüvvədən istifadədən boyun qaçırmağımızdan qaynaqlanır. Mənim belə bir sualım var, 10 illik müharibədən yenicə çıxdıqdan sonra, biz nə üçün ordudan bir də istifadə etməliyik ki, bu bizim əsgərlərimizə və büdcəmizə böyük zərbədir?”

Amerikada hamı hərbi qüvvədən istifadə edilməsini istəmir. Rəy sorğuları amerikalıların çoxunun ABŞ ordusunun xarici konfliklərdə iştirakının əleyhinə olduğunu göstərib. Eyni zamanda çoxları da Birləşmiş Ştatların dünyada baş verən böhranın qarşısını almalı və qlobal demokratiyanı təşviq etməli olduğunu düşünür.

2009-cu ildə Qahirə nitqində cənab Obama Yaxın Şərqdəki demokratik dəyişiklərə dəstək olacağına söz vermişdi. “Heç bir millət özünün idarəetmə sistemini digər millətə tətbiq etməməlidir,Lakin bu mənim xalqın iradəsini əks etdirən hökumətlərə öhədliyimi azaltmır. "

Bundan sonra Ərəb Baharı vüsət aldı, Misir və Suriya xaosa büründü. Suriyada administrasiyanın imici Əsəd hökumətinə qarı Dəməşq kimyəvi silahlardan istifadə etdiyinə görə hücum etməməsi üzündən zərbə aldı.

Təhlilçi Larri Korb: “Prezident Obama Suriyaya nəzər salanda belə deyir, bunun nəticəsi necə olacaq. Suriya xalqı bizi salamlayacaqmı? Biz İraq xalqının da bunu edəcəyini düşündük, lakin belə olmadı.”

Bütün çətinliklərə baxmayaraq, Obama administrasiyası dalana dirənmiş Fələstin-İsrail sülh prosesi danışıqlarının davam etməsinə bir də cəhd göstərsə də, heç bir nəticə əldə edə bilmədi.

Təhlilçi Eliot Abrams: “Mənim fikrimcə biz cəhd etməliyik. Əsasən də dövlət katibi Kerrinin bu sahədə etdikləri təqdirəlayiqdir. Mən də bunun səhv olduğunu deyirəm, çünki bu, Birləşmiş Ştatların uğrsuzluğu demək oldu.”

Lakin bütün bunlarla yanaşı, cənab Obamanın ən böyük riski İranı nüvə silahının inkişafını dayandırmağa razı salması oldu.

Prezident Obamanın seçkiöncəsi vədi bundan ibarət idi: dünya münaqişələrindən uzaq durmaq və diqqəti ölkəsinin quruculuq işlərinə yönəltmək. Belə bir strategiyanın düzgün olub-olmadığını isə tarix göstərəcək.