Milli Məclisin deputatı əfv olacağını bildirir. Əfv komissiyası bir neçə yüz müraciəti müzakirə edir
Milli Məclisin deputatı Çingiz Qənizadə Amerikanın Səsinə müsahibəsində mayın 28-dək əfv olacağını bildirib. Onun sözlərinə görə, əfv komissiyasının artıq bununla bağlı iki dəfə iclası keçirilib və yaxın günlərdə daha bir iclasının keçiriləcəyi gözlənilir.
“Hesab edirik ki, yaxın zamanda cənab prezident tərəfindən əfv fərmanı imzalana bilər. Çünki çoxsaylı müraciətlər var. Hesab edirik ki, cənab prezident mayın 28-dək bir daha humanizm nümayiş etdirərək növbəti əfv fərmanı imzalayacaq”, deyə o qeyd edib.
Qənizadə bildirib ki, əfv komissiyasında məhbuslardan, onların ailələrindən, hüquq müdafiə təşkilatlarından daxil olan yüzlərlə müraciət müzakirə olunur. “Ümid edirik ki, hüquq müdafiəçilərinin müraciəti də, həmişə olduğu kimi yenə də cənab prezident tərəfindən nəzərə alınacaq”.
O hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun müraciətindən danışarkən deyib ki, Avropa Şurasının qış sessiyası zamanı Leyla Yunus və digərlərinin siyahısına görə 140 nəfər siyasi məhbus var idi.
“O zaman bizim araşdırmamız zamanı məlum oldu ki, bunların böyük əksəriyyəti ümumiyyətlə siyasətə aid olmayan insanlardır. Burada radikal dindarlar, terrorçular, Ermənistan və digər dövlətlərin xüsusi xidmət orqanlarına işləyib həbs olunan şəxslər var. Amma hüquq müdafiə təşkilatlarının monitorinq qrupu xeyli müddət əvvəl cənab prezidentə müraciət edib. Müraciətimizdə ölkənin ictimai-siyasi həyatında iştirak edən, ictimai-siyasi proseslər zamanı həbs olunan 20-dən çox insanın adının bu əfv fərmanına salınmasını xahiş etmişik. Bundan sonra da mübahisəli həbslər var ki, onlarla bağlı da müraciət etmişik. Ümumiyyətlə NİDA-çılardır, digər ictimai-siyasi fəallardır ki, belə insanlara qarşı əvvəllər də əfv tətbiq olunurdu. Ümid edirik ki, bu dəfə də əfv tətbiq olunacaq və bunu arzulayırıq”, o bildirib.
Onun dediyinə görə Əli İnsanovla bağlı fərqli yanaşmalar var. Eyni zamanda İnsanovun əfvi ilə bağlı ayrı-ayrı hüquq müdafiəçiləri müraciət edib. “Mən hesab edirəm ki, bu məsələ də son illərin mübahisəli həbsləri sırasındadır. Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarı var və bu işə yenidən baxılıb. O baxımdan hesab edirəm ki, bu məsələ xüsusi nəzarətdədir və əfv fərmanının tətbiqi zamanı onun nəzərə alınıb-alınmaması yəqin ki, müzakirə predmetidir”.
Qənizadə həmçinin jurnalistlərin və digər ictimai-siyasi fəallara qarşı da əfv tətbiq ediləcəyinə ümid edir.
Your browser doesn’t support HTML5