“NİDA-çı gənclərə qarşı tamamilə absurd, qurama, heç bir əsası olmayan ittihamlarla ağır cəzalar verildi... NİDA-çılarla bağlı baş vermiş hadisə hətta Azərbaycan standartları üçün də ağır cəza oldu,” deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkədə son vaxtlar repressiyanın vüsət aldığını bildirib.
Cənab Kərimlinin sözlərinə görə Azərbaycan rəhbərliyi Ukraynada baş verən hadisələrin dünya ictimaiyyətinin diqqətini yayındırmasından istifadə edərək ölkədə siyasi müxalifəti susdurmağa çalışır.
“Bizdə belə bir təəssürat var ki, Azərbaycan hökuməti hesablayır ki, dünyanın diqqət mərkəzində Ukraynada baş verənlərdir. Ukraynada baş verənlər qısa zaman kəsiyində Azərbaycanın Qərb üçün önəmini atırıb.” Belə olan halda rəsmi Bakı hesab edir ki, intensivləşən siyasi təqiblərə Qərb dövlətləri göz yumacaq, deyə AXCP sədri bildirib.
Qərbin Azərbaycanla münasibətlərə yenidən nəzər salmalı olduğunu qeyd edən Əli Kərimli ən yüksək səviyyələrdə Azərbaycan rəhbərliyi ilə insan haqları və demokratiya məsələsinin gündəmə gətirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə Qərb ictimaiyyəti Azərbaycanın xaricdə korrupsioner hökumətini dəstəkləməyə yönəlik və qeyri-qanuni yollarla əldə olunan pullar hesabına maliyyələşən lobbiçi fəaliyyətlərini məhdudlaşdırmalı və bu ölkəni Qərb dəyərlərinə hörmət etmək üçün lazımi təzyiqlər göstərməlidir.
Azərbaycan rəsmilərinə qarşı Rusiyaya rəğmən qəbul edilmiş Maqnitski Qanununundakı ölçülərə oxşar sanksiyaların tətbiq olunmasına çağıran Əli Kərimli çirkli pulların Qərb dövlətləri tərəfindən izlənilməsi və üzə çıxarılmasının mühümlüyünü önə çəkib.
Azərbaycanda yüzdən çox siyasi məhbusun olduğu bir zamanda bu ölkəyə Avropa Şurası kimi mötəbər qurumda rəhbər vəzifənin həvalə olunması təəssüf doğurur, deyə müxalifət lideri Amerikanın Səsinə bildirib.
Your browser doesn’t support HTML5
Cənab Kərimlinin sözlərinə görə Azərbaycan rəhbərliyi Ukraynada baş verən hadisələrin dünya ictimaiyyətinin diqqətini yayındırmasından istifadə edərək ölkədə siyasi müxalifəti susdurmağa çalışır.
“Bizdə belə bir təəssürat var ki, Azərbaycan hökuməti hesablayır ki, dünyanın diqqət mərkəzində Ukraynada baş verənlərdir. Ukraynada baş verənlər qısa zaman kəsiyində Azərbaycanın Qərb üçün önəmini atırıb.” Belə olan halda rəsmi Bakı hesab edir ki, intensivləşən siyasi təqiblərə Qərb dövlətləri göz yumacaq, deyə AXCP sədri bildirib.
NİDA-çı gənclərə qarşı tamamilə absurd, qurama, heç bir əsası olmayan ittihamlarla ağır cəzalar verildiƏli Kərimli, AXCP sədri