ABŞ Dövlət Departamenti NİDA fəalları ilə bağlı bəyanat verdi

ABŞ Dövlət Departamenti

Amerikanın Səsinin Dövlət Departamentindəki müxbirinin sualına cavab olaraq Departamentin sözçüsü Jen Psaki NİDA fəallarının mühakiməsinə və onların aclıq aksiyasına reaksiya verib. Bəyanatda deyilir:

"Birləşmiş Ştatlar Azərbaycanda həbs olunmuş fəalların taleləri ilə bağlı ədalətli nəticəyə səsləyir. Bakıdakı ABŞ səfirliyi və başqa Qərb səfirlikləri məsələni yaxından izləyirlər. ABŞ ifadə azadlığı, sərbəst toplaşma azadlığı, habelə dinc etiraz etmək hüququnu dəstəkləyir və bunları demokratiya üçün fundamental amil hesab edir. Biz öz narahatlıqlarımızı Azərbaycanın yüksək rütbəli rəsmilərinə çatdırmışıq. Təbii ki, fəalların, o cümlədən onların ailələrinin sağlamlığı və rifahı bizim üçün son dərəcə mühümdür."

NİDA Gənclər Hərəkatının fəalları aprelin 17-dən, - prokuror onların 6,5 - 8,5 il müddətinə həbs cəzalarına məhkum edilməsini tələb etdikdən, - sonra aclıq aksiyasına başlayıblar.

Gənclər əsgər ölümlərinə qarşı 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda ittiham olunur. Bütün həbs edilənlər Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.