Miyana və Türkmənçay şəhərlərinin millət vəkili İran parlamentindəki nitqində türk dilində təhsilin gərəkli olduğunu müdafiə edib. “Azərbaycan xalqının tələbi türk dilində təhsil almaqdır,” deyə Seyyid Bəhlül Hüseyni İslami Şura Məclisində dilə gətirib.
Güneyli millət vəkilinin sözləri İran Azərbaycanı mediası o cümlədən, Urmiyədə nəşr edilən Nəvid Azərbaycan qəzeti və Təbriz veb səhifələrinin gündəmini qazanıb.
Nəvid Azərbaycanın yazdığına görə, Hüseyni İranda türk dilinin elmi və akademik inkişafına diqqət yetirilməsini tələb edib. O, türk dilini İran mədəni irsinin mühüm bir parçası olaraq dəyərləndirib.
“Ərəb dilindən sonra türk dili kimi fəsahətli, əhatəli və təsiredici başqa bir dilin mövcüd olmadığına inanıram. Türkcə İranın kültürəl sərməyəsidir... Bu dilə elmi və akademik səviyyədə diqqət göstərilməsə zamanla dəyişib və hətta yox olmaq təhlükəsi ilə üzləşə bilər,” deyə Hüseyninin sözləri mediada əks edilir.