Amerikanın Səsinə müsahibədə bakılı gənc fəal və Ankara Universitetinin tələbəsi Ələkbər Eyvazlı Azərbaycan Respublikasında yaşayan gənclərin güneylə bağlı nə kimi məlumata malik olduqları, və onların İran Azərbaycanında mövcüd olan problemlərə münasibətini müzakirə edib. Ələkbər Eyvazlının sözlərinə görə, Azərbaycan Respublikasında yaşayan gənclər umumi anlamda Güney Azərbaycan haqqında məlumatları olsa da ya məktəbdə öyrəndiklərinə əsasən Azərbaycanın sadəcə Azərbaycan Respublikasından ibarət olmadığını bilsələr də, güney və güneyin problemləri ilə bağlı ətraflı bilgiyə malik deyildirlər.
Cənab Eyvazlı xüsusilə bu konteksdə müəllimlərin rolunun önəmli olduğunu dilə gətirib.
Ankara Universiteti öyrəncisinin fikrincə, Azərbaycan Respublikasında gənclərin milli məsələlərlə bağlı məsuliyyətli davranmağa cəlb etmək, bunu bir borc və vəzifə məsələsinə çevirərək deyil, sevgi yaratmaqla mümkün olacaqdır.
Bakılı mədəni fəal həmçinin bu gün İran Azərbaycanın aktual məsələləri o cümlədən, ana dili, siyasi məhbuslar və Urmiyə Gölü böhranı ilə bağlı danışıb.
Ələkbər Eyvazlı digər yoldaşları ilə birlikdə muxtəlif kültürəl planlar, o cümlədən kitab və türizm layihələri həyata keçirib və bu layihələr içində güneylə bağlı informasiya yayacaqlarını bəyan edib. Onlar daha əvvəl, bloqlar və veb səhifələri yaradaraq İran Azərbaycanı ilə bağlı fars dilində yayılmış xəbərləri türk dilinə çevirib və yaymaq kimi fəaliyyətlər aparıblar.
Ulu babalarının İran Azərbaycanının Ərdəbil şəhərindən Azərbaycan Respublikasına köçdüyünü söyləyən Bakılı gənc güney və qüzeyi ayrı deyil bir vücud kimi gördüyünü ifadə edib.
“Biz fərqli siyasi sistemlərdə yaşadığımız üçün bəzi anlaşma problemləri yaşaya bilərik, ancaq bunlar ayrılıq səbəbi olmamalıdır... özümüzü bir vücud kimi görməliyik,” deyə o, Azərbaycan Respublikasında nə vaxtsa Araz çayına bir sərhəd olaraq baxılmamasını arzulayıb.
Your browser doesn’t support HTML5
Cənab Eyvazlı xüsusilə bu konteksdə müəllimlərin rolunun önəmli olduğunu dilə gətirib.
Ankara Universiteti öyrəncisinin fikrincə, Azərbaycan Respublikasında gənclərin milli məsələlərlə bağlı məsuliyyətli davranmağa cəlb etmək, bunu bir borc və vəzifə məsələsinə çevirərək deyil, sevgi yaratmaqla mümkün olacaqdır.
Bakılı mədəni fəal həmçinin bu gün İran Azərbaycanın aktual məsələləri o cümlədən, ana dili, siyasi məhbuslar və Urmiyə Gölü böhranı ilə bağlı danışıb.
Bəlli səbəblərə görə, belə fəaliyyətlərin dövlət səviyyəsində aparılması mümkün olmur. Buna görə də, burada yükün çoxu qeyri hökümət təşkilatları və fərdlərin üzərinə düşür.Ələkbər Eyvazlı